Bank Of Baku

Bakı Slavyan Universitetində təhsil ilinin yekunlarına və yeni tədris ilinə həsr olunan iclas keçirilib

Bakı Slavyan Universitetində təhsil ilinin yekunlarına və yeni tədris ilinə həsr olunan iclas keçirilib
# 13 sentyabr 2010 11:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Slavyan Universitetində (BSU) başa çatmış təhsil ilinin yekunlarına və yeni tədris ilinə həsr olunmuş elmi şuranın iclası keçirilib. APA-nın məlumatına görə, iclasa bir müddət əvvəl “Dədə Qorqud Milli Mükafatının” və “Vətən övladı” qızıl medalına layiq görülən BSU rektoru Kamal Abdullaya mükafatların təqdimatı ilə başlayıb. Mükafatlar Kamal Abdullaya Beynəlxalq Dədə Qorqud Fondu və “Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov tərəfindən təqdim olunub. Bununla yanaşı, E. İsmayılov K. Abdullaya dünya azərbaycanlılar və oxucuları adından qızıl qələm hədiyyə edib. Tədbirdə iştirak edən millət vəkili Asim Mollazadə, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Kamal Abdullanı mükafat münasibəti ilə təbrik ediblər. Çıxışçılar K. Abdullanın Dədə Qorqud irsinin öyrənilməsindəki müstəsna xidmətlərini də xüsusi vurğulayıblar. Kamal Abdulla da öz növbəsində mükafatı təsis edənlərə təşəkkürünü bildirib.
Tədbirdə o da bildirilib ki, K. Abdulla bu mükafata layiq görülən 7-ci tanınmış simadır.

Daha sonra tədbir elmi şuranın iclası ilə davam etdirilib. İclasda BSU-nun müəllim heyəti və tələbələr iştirak ediblər. BSU rektoru Kamal Abdulla isə 2010-2011-ci tədris ilində universitetdə bir çox yeniliklərin həyata keçiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR