Bank Of Baku

Latviyanın keçmiş prezidenti Azərbaycan gəncləri ilə görüşüb - FOTO

Latviyanın keçmiş prezidenti Azərbaycan gəncləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 13 sentyabr 2010 11:37 (UTC +04:00)
Bakı-APA. Latviyanın keçmiş prezidenti xanım Vaira Vike – Freiberga Azərbaycana səfəri çərçivəsində azərbaycanlı gənc fəallarla görüşüb. “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüş ilk olaraq qonağın şərəfinə keçirilən naharla başlayıb. Birlikdən APA-ya verilən məlumata görə, daha sonra dəyirmi masa ətrafında gənclərlə bir araya gələn qonaq gənclərin çoxsaylı suallarına cavab verib. Görüşü açan “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı qonağı, onun həyat yoldaşını və Latviyanın Azərbaycandakı səfirini gənclərə təqdim edib. Xanım Freiberga gənclərlə diskussiyalar aparıb, Azərbaycan gəncliyinin timsalında Azərbaycanın böyük insani və intellektual potensiala malik olduğunu və bundan səmərəli istifadənin zəruriliyini xüsusi ilə vurğulayıb. Görüşdə Latviyanın Avropa Birliyi və NATO ilə münasibətləri, Azərbaycan - Avropa Birliyi və Azərbaycan – Latviya münasibətləri, Avrointeqrasiyada gənclərin rolu və digər məsələlər geniş müzakirə olunub.

V. Freiberga Azərbaycana son gəlişindən bu yana müşahidə etdiyi inkişafı da qeyd edib.

Xanım Freiberganın “İRƏLİ” fəalları ilə görüşündə - millət vəkili Qənirə Paşayeva, “ASAİF” (Xaricdə təhsil almış və məzun olmuş Azərbaycanlıların Beynəlxalq Forumu) sədri Orxan Əkbərov, YES-Azərbaycan, AEGEE, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təmsilçiləri iştirak edib.

Latviyanın keçmiş prezidenti Xanım Vaira Vike – Freiberganın Azərbaycana səfəri “YES-Azərbaycan” Beynəlxalq Məşvərət Qrupunun dəvəti əsasında həyata keçirilir.

Qeyd olunub ki, Vaira Vike – Freiberga Şərqi Avropanın ilk xanım prezidentidir. 1999-2003, 2003-2007-ci illərdə Latviyanın prezidenti olub. Latviyanın NATO və Avropa Birliyinə üzv olması onun adı ilə bağlıdır. BMT Baş Katibinin xüsusi elçisi statusunu daşıyır və 2006-cı ildə BMT Baş katibi postuna rəsmi namizəd olub. Avropa Birliyinin “Uzun müddətli inkişaf” işçi qrupunun rəhbəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR