Bank Of Baku

Azərbaycan və Fransa arasında yeni Tvinninq layihəsinə start verilir

Azərbaycan və Fransa arasında yeni Tvinninq layihəsinə start verilir
# 13 sentyabr 2010 12:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Fransa Beynəlxalq Münasibətlərin İnkişafı və Əlaqələndirilməsi Agentliyi (ADECRİ) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yeni tvinninq layihəsinə başlayır.

APA-nın xəbərinə görə, bu barədə layihənin rəsmi açılış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Fransa və Azərbaycanın sosial müdafiə sahəsində fəaliyyət göstərən dövlət qurumlarını birləşdirən tvinninq layihəsinin rəsmi açılış mərasimində məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 18 aylıq layihə Azərbaycan hökumətinə sosial müdafiə sistemində həyata keçirdiyi islahatlarda dəstək göstərəcək. Layihənin əsas məqsədi aktuar hesablamalar, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində ƏƏSMN-in potensial imkanlarının artırılmaqdır. Layihə üç əsas komponentdən ibarətdir. Layihənin ilk “Strateji planlaşdırma, imkan və bacarıqların artırılması” komponentinin məqsədi ƏƏSMN-ə ən qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan məlumatların təhlili və proqnozlaşdırma qurumunun yaradılmasında hərtərəfli dəstək göstərməkdir.

“Təlimlər” komponentinin məqsədi ƏƏSMN-in işçi heyətinin, sosial siyasət strategiyasının planlaşdırılması üçün məlumat bazalarının təhlili sahəsində bilik və bacarıqlarını artırılmaqdır. “İnformasiya sistemləri və məlumat mübadiləsi” komponentin məqsədi müvafiq qurumlar arasında məlumat mübadiləsinin təkmilləşdirilmək, məlumat sistemlərinin davamlı fəaliyyət göstərməsini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR