Bank Of Baku

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı tədris vəsaitinin təqdimatı keçirilib

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı tədris vəsaitinin təqdimatı keçirilib
# 13 sentyabr 2010 14:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və “EngenderHealth" tərəfindən həyata keçirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması (RS/AP) layihəsi, Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı nəticəsində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı tədris vəsaitinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Tibb Universitetinin prorektoru Məmməd Rəsulov bildirib ki, Azərbaycan və beynəlxalq səhiyyə mütəxəssislərin əməkdaşlığının nəticəsi olan bu tədris vəsaiti tələbələrin ailə planlaşdırılması mövzularında bilik və bacarıqlarını artırmaq məqsədilə tərtib edilib. Prorektor deyib ki, tədris vəsaitinin nəşri gələcək səhiyyə mütəxəssislərinin diploma qədər və diplomdan sonrakı təhsilində ailə planlaşdırılmasının tədrisinin gücləndirməsində əhəmiyyətli rol oynayacaq. Vəsait həmçinin reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə müasir tədrisin institutlaşdırılmasında vacib amildir. Bu isə Azərbaycanda tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq isə bəyan edib ki, sağlam vətəndaş sağlam ailədən çıxır: “Sağlam ailənin başlıca şərti isə reproduktiv sağlamlıqdır. Bu gün biz təkcə qadınlar üçün deyil, bütün Azərbaycan üçün uğurlu gələcəyə doğru mühüm addımı qeyd edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR