Bank Of Baku

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib
# 13 sentyabr 2010 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Filip Lö Ueru (Philippe Le Houérou) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı nazir müavini İlqar Rəhimov həyata keçirilən sosial islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Daha sonra DB nümayəndələrinə Pensiya və Sosial Təminat Layihəsinin köməyi ilə yaradılmış daxili şəbəkə (WAN) nümayiş etdirilib, şəbəkənin real zamanda fəaliyyəti və məlumatları (Ünvanlı Sosial Yardım Sistemi) idarə etməyə imkan verməsi bildirilib.

Görüşdə həmçinin, Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində nazirliyin aparatında və regionlardakı mərkəzlərdə quraşdırılmış xüsusi video-konfrans sistemi və ikitərəfli video-zəng sistemi nümayiş olunub, nazirliyin Gəncə və Göyçaydakı strukturları ilə videobağlantı qurulub, ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlarla əlaqə yaradılıb.

Görüşdə DB-nın Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləm və Bankın ölkə üzrə meneceri Cozef Ouen də iştirak ediblər.

Qeyd edək ki, DB-nın vitse-prezidentinin Azərbaycana səfərin məqsədi ölkədə son dövrlərdə baş verən iqtisadi və sosial inkişafın bilavasitə şahidi olmaqdan və DB ilə Azərbaycan arasında əməkdaşlığın, xüsusilə təklif edilən 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində gələcək istiqamətləri barədə müzakirələr aparmaqdan ibarətdir.

Xatırladaq ki, hazırda DB Azərbaycanda «Sosial Müdafiənin İnkişafı» layihəsini həyata keçirir. Layihə sosial müdafiə və əmək bazarı institutlarının inkişaf etdirilməsi və potensialının artırılması məqsədinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR