Bank Of Baku

Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru İçərişəhərlə tanış olub

Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru İçərişəhərlə tanış olub
# 13 sentyabr 2010 17:00 (UTC +04:00)
Bakı – APA. Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov Azərbaycana səfəri çərçivəsində İçərişəhərdə olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan abadlaşdırma və restavrasiya işləri barədə məlumatlar qonağın diqqətinə çatdırılıb. İdarədən APA-ya verilən xəbərə görə, İçərişəhərlə tanışlıq çoxəsrlik tarixə malik, Bakının simvolu olan əzəmətli Qız Qalası ilə yekunlaşıb. Sonda qonaq İçərişəhərin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR