Bank Of Baku

Azərbaycan və Gürcüstanın birinci xanımlarının təşəbbüsü ilə valideyn himayəsindən məhrum və təhsildə fərqlənən yeniyetmələrinin qarşılıqlı səfərləri həyata keçirilib

Azərbaycan və Gürcüstanın birinci xanımlarının təşəbbüsü ilə valideyn himayəsindən məhrum və təhsildə fərqlənən yeniyetmələrinin qarşılıqlı səfərləri həyata keçirilib
# 14 sentyabr 2010 08:09 (UTC +04:00)
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Gürcüstanın 20 nəfərlik nümayəndə heyəti sentyabrın 1-də Bakıya gələrək, Şəhidlər xiyabanını və Fəxri Xiyabanı ziyarət edib. Heydər Əliyev Fondundakı görüşdən sonra yeniyetmələr ölkəmizin tarixi-mədəni və görməli yerləri ilə tanış olublar. İçərişəhər, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qobustan kimi tarixi yerlərə, eləcə də Müasir İncəsənət Muzeyinə ekskursiyalar təşkil olunub. Gürcüstanlı qonaqlar 1 saylı Uşaq Evinin yay düşərgəsində həmyaşıdları ilə görüşüblər.

Proqram çərçivəsində nümayəndə heyəti Qəbələ, Şəki və İsmayıllıda da olub, tarixi yerlərə səfərlər edib, region həyatı ilə daha yaxından tanış olublar.

Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri isə Tbilisidən başlayıb. Heydər Əliyevin büstünü ziyarət edəndən sonra qonaqlar Azərbaycanın Gürcüstandakı səfirliyində olublar. 20 nəfərlik nümayəndə heyətini Gürcüstanın birinci xanımı da qəbul edib. Uşaqlar paytaxtın görməli yerlərini gəzib, milli və etnoqrafik muzeylərlə tanış olublar. Səfər çərçivəsində qədim Siqnaqi şəhəri ilə tanışlıqdan sonra yeniyetmələr Batumi, Qori, Kutaisi, Likani şəhərlərinə səyahət ediblər. Qədim Vardziya məbədlər kompleksi, Batumidəki Botanika bağı, zəngin zoopark, yeni bulvar onlarda xoş təəssürat oyadıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR