Bank Of Baku

AMEA elm və təhsil müəssisələrində doktoranturaların yaradılması ilə bağlı Təhsil Nazirliyinin təkliflərini gözləyir

AMEA elm və təhsil müəssisələrində doktoranturaların yaradılması ilə bağlı Təhsil Nazirliyinin təkliflərini gözləyir
# 14 sentyabr 2010 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə AMEA prezidenti Mahmud Kərimov bildirib. M. Kərimov deyib ki, Təhsil Nazirliyinin təkliflərini AMEA-ya yaxın günlərdə təqdim edəcəyi gözlənilir: “Doktorantura ilə bağlı biz bütün təşkilatların təkliflərinin araşdırılmasını yekunlaşdırmışıq. Hansı elmi və ya ali təhsil müəssisəsində doktoranturanın iki və ya bir pilləsinin, eləcə də hansı ixtisaslar üzrə olması təklifləri artıq hazırlanıb. Bununla bağlı yalnız Təhsil Nazirliyinin təkliflərini gözləyirik. Onlar da söz veriblər ki, təklifləri bu günlərdə təqdim edəcəklər”.

AMEA rəsmisi onu da deyib ki, alimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulur. Lakin o, attestasiyanın vaxtının hələlik müəyyənləşdirilmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR