Bank Of Baku

Hacıqabul və Ağsuda yeni kənd və qəsəbələr yaradılır

Hacıqabul və Ağsuda yeni kənd və qəsəbələr yaradılır
# 14 sentyabr 2010 10:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı qanun layihələri Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində Nəvahı qəsəbəsinin və Pirsaat kəndinin Nəvahı kənd inzibati ərazi dairəsinin tərkibindən, Qızılburun kəndinin isə Atbulaq kənd ərazi dairəsindən ayrılaraq həmin kənd mərkəz olmaqla ayrıca Qızılburun kənd ərazi dairəsinin yaradılması və Respublika Ərazi Vahidlərinin Dövlət Reystrinə salınması təklif olunur.

“Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində isə Ağsu rayonunun Padar kəndinin tərkibindəki Nəmirli kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi həmin inzibati ərazi dairəsinin tərkibində qalmaqla Bənəcik kəndi adlandırılması təklif edilir.

Komitənin sədri Arif Rəhimzadə bildirib ki, Hacıqabul rayonunda yaradılan yeni ərazi vahidləri kifayət qədər böyük yaşayış məntəqələridir. Ağsu rayonunda yaradılan Bənəcik kəndində isə 155 nəfər yaşayır və kəndin 200 hektardan artıq sahəsi var. Millət vəkili Fəzail İbrahimli isə Ağsuda yaradılan kəndin Bənəcik adlandırılmasını düzgün saymayıb. Bənəcik adının mənasının izahını tələb edən deputat bildirib ki, etik cəhətdən bu ad yaxşı səslənmir və kəndə verilməsi doğru deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR