Bank Of Baku

Zaqatalada əmək yarmarkası keçirilib

Zaqatalada əmək yarmarkası keçirilib
# 14 sentyabr 2010 13:47 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Bu gün Zaqatalada əmək yarmarkası keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri Əsəd Musayev məlumat verib.

Ə.Musayevin sözlərinə görə, əmək yarmarkasında Zaqatala sakinlərinə rayonda fəaliyyət göstərən 28 müəssisə (bunlardan 14-ü dövlət, 14-ü isə özəl müəssisələrdir) tərəfindən 286 vakant iş yeri təklif edilib.

Gün ərzində 280 nəfər iş axtaran şəxs əmək yarmarkasına gələrək təklif edilən iş yerləri ilə maraqlanıb. Bunlardan 102 nəfər iş axtaran şəxs onlara təklif edilən vakant iş yerləri ilə tanış olmaq üçün müvafiq idarə və müəssisələrə göndərilib. Ə.Musayev rayonda işsizliyin aradan qaldırılması istiqamətində başqa tədbirlərin də görüləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR