Bank Of Baku

Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi 252 saylı orta məktəbdə direktorla direktor müavini arasında baş verən insidentlə bağlı araşdırma aparıb

Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi 252 saylı orta məktəbdə direktorla direktor müavini arasında baş verən insidentlə bağlı araşdırma aparıb
# 14 sentyabr 2010 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Suraxanı rayonu 252 saylı orta məktəbdə direktorla direktor müavini arasında baş verən insidentlə bağlı Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi xüsusi araşdırma aparıb. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya açıqlamasında bildirib ki, idarənin müdiri Nailə Rzaquliyevanın tapşırığı ilə yaradılan üç nəfərdən ibarət komissiyanın apardığı araşdırma ilə müəyyən edilib ki, həm məktəbin direktoru Abbasqulu Quliyev, həm də direktor müavini Fazilə Muradova tərəfindən neqativ addımlara yol verilib: “Araşdırma zamanı bir tərəfin nizam-intizama riayət etmədiyi, digər tərəfin müəyyən neqativ hərəkətlərə yol verdiyi aşkarlanıb. Bu məsələ ilə bağlı biz tərəfdən son qərar verilməyib, çünki tərəflərdən biri, direktor müavini Fazilə Muradova hüquq-mühafizə orqanlarına müraciət edib, hazırda hüquq-mühafizə orqanları tərəfindən bu məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının araşdırması bitdikdən və bizə bununla bağlı rəsmi məlumat verildikdən sonra biz də rəsmi qərar verəcək və qərarımızı ictimaiyyətə açıqlayacağıq”.

Qeyd edək ki, 252 saylı orta məktəbin direktor müavini Fazilə Muradova sentyabrın 7-də məktəbin direktoru Abbasqulu Quliyevin fiziki təzyiqlərinə məruz qaldığını bildirir. A. Quliyev isə bu iddiaları rədd edir. F. Muradova artıq hüquq-mühafizə orqanlarına müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR