Bank Of Baku

İçərişəhərdə «İnşaat qurğularının təhlili» mövzusunda seminar keçiriləcək

İçərişəhərdə «İnşaat qurğularının təhlili» mövzusunda seminar keçiriləcək
# 14 sentyabr 2010 15:36 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 15-17-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətlərinin birgə təşkilatçılığı ilə "İnşaat qurğularının təhlili" mövzusunda seminar keçiriləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, tədbir İçərişəhərdə yerləşən otellərdən birində baş tutacaq. Seminarda layihələşdirmədən öncə obyektlərdə zədələrin təsnifatlaşdırılması və sistemləşdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyi nəzərdə tutulur. Görüləcək işlər İçəri Şəhərdə yerləşən ölkə əhəmiyyətli abidə olan Hacı Bani məscidinin nümunəsi əsasında aparılacaq.
Üç gün davam edəcək seminar proqramına restavrasiya olunacaq obyektin ilkin baxışı və vizual qiymətləndirilməsi, tədqiq olunan obyektin vəziyyətinin qeydə alınması və ilkin bərpa planına əsasən müəyyən edilmiş zədələrin təsnifatlaşdırılması daxildir. Tədbirin nəzəri hissəsinə almaniyalı mütəxəssislər G.Hilbert və D.Şiller, praktiki hissəsinə avstriyalı mütəxəssis E.Pummer rəhbərlik edəcək.
Tədbir “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən silsilə seminarlardan sayca üçüncüsüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR