Bank Of Baku

Astara və Hacıqabulda yeni məktəb binaları istifadəyə verilib

Astara və Hacıqabulda yeni məktəb binaları istifadəyə verilib
# 15 sentyabr 2010 10:15 (UTC +04:00)
Astara. Ağəddin Babayev, Hacıqabul. Әlibәy Zeynallı - APA. Bu gün Astara rayonunun Kakalos kəndində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ADNŞ) vəsaiti hesabına əsaslı təmir olunmuş 624 şagird yerlik orta məktəbin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ARDNŞ-nin vitse-prezidenti Xalid Məmmədov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova, Kakalos kənd orta məktəbinin direktoru Arzu Rzayeva, kənd ziyalıları və ağsaqqallar çıxış edərək milli təhsilin inkişafına diqqət və qayğı göstərdiyinə görə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, həmçinin ARDNŞ-nin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ARDNŞ-nin vitse-prezidenti Xalid Məmmədov isə yeni dərs ilinin başlanması və məktəbin istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagirdlərini təbrik edərək, hər bir şəraiti ilə dünya standartlarına cavab verən bu təhsil ocağında təlim-tərbiyənin yüksək səviyyədə təşkil olunacağına inandıqlarını bildiriblər.

Bu gün Hacıqabul rayonunda 640 yerlik yeni məktəb binası istifadəyə verilib. Bu barәdә APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, bu gün yeni dərs ilinin başlanması münasibəti ilə rayonun Qarasu qəsəbəsində 640 yerlik 3 mərtəbəli binanın açılış mərasimi olub. Yeni məktəb binası müasir tələblərə cavab verir və məktəb binası geniş tədris imkanlarına malikdir. Məktəbdə iki kompüter otağı və hər fənn üzrə müvafiq sinif otaqları fəaliyyət göstərəcək. Açılış mərasimində rayon ictimaiyyəti, rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov və Təhsil Nazirliyinin idarə rəisi Aydın Əhmədov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR