Bank Of Baku

Mingəçevir və Ağdaşda yeni məktəb binalarının açılışı olub

Mingəçevir və Ağdaşda yeni məktəb binalarının açılışı olub
# 15 sentyabr 2010 10:43 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir və Ağdaşda yeni məktəb binaları istifadəyə verilib. APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhər 5 saylı orta məktəbi üçün inşa edilən 220 yerlik və Ağdaş rayonunun Gürcuva kənd əsas məktəbi üçün tikilən 180 yerlik binaların açılışında icra hakimiyyətinin başçıları, təhsil şöbəsinin müdirləri iştirak edib, birinci sinif şagirdlərinə çanta və məktəbli ləvazimatları hədiyyə edilib.
Tədbirdə binaların açılışını bildirən rəmzi qırmızı lent kəsilib və tədris üçün yaradılan şəraitlə tanışlıq olub.
Qeyd edək ki, yeni inşa edilən Mingəçevir şəhər Texniki Humanitar Liseyin və şahmat məktəbinin binası isə yaxın günlərdə istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR