Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsində üç yeni məktəb binası istifadəyə verilib

Azərbaycanın şimal-qərb bölgəsində üç yeni məktəb binası istifadəyə verilib
# 15 sentyabr 2010 11:18 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsində yeni dərs ilinin başlanması münasibəti ilə üç yeni məktəb binası istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən, Zaqatala və Şəki rayon icra hakimiyyətləri aparatlarından məlumat verilib. Balakən rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, dövlət vəsaiti hesabına rayonun Acılıq Binə kəndində 180 yerlik əsas məktəb binası tikilərək şagirdlərin ixtiyarına verilib. Yeni tikilmiş məktəb binası müasir avadanlıqlarla təchiz edilib.
Dövlət vəsaiti hesabına yeni tikilən ikinci məktəb binası Şəki rayonunun Birinci Biləcik kəndində yerləşir. Burda tikilən 220 yerlik məktəb binası da müasir və yeni avadanlıqlarla təchiz olunub. Bu gün Balakən və Şəki rayonlarında rayon rəhbərliyi və müvafiq təşkilat nümayəndələrinin iştirakı ilə yeni tikilən məktəb binalarının açılış mərasimi keçirilib.
Zaqatala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Çökək kəndində təhsil şöbəsinin büdcə vəsaiti və rayonun daxili imkanları hesabına inşa olunan 160 yerlik yeni məktəb binası öz qapılarını sentyabrın 16-da şagirdlərin üzünə açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR