Bank Of Baku

Balakəndə əmək yarmarkası keçirilib

Balakəndə əmək yarmarkası keçirilib
# 15 sentyabr 2010 12:03 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Bu gün Balakəndə əmək yarmarkası keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Əmək yarmarkasında Balakən sakinlərinə rayonda fəaliyyət göstərən 20 müəssisə (bunlardan 7-si dövlət, 13-ü isə özəl müəssisələrdir) tərəfindən 140 vakant iş yeri təklif edilib.

Gün ərzində 280 nəfər iş axtaran şəxs əmək yarmarkasına gələrək təklif edilən iş yerləri ilə maraqlanıb. Bunlardan 65 nəfər iş axtaran şəxs onlara təklif edilən vakant iş yerləri ilə tanış olmaq üçün müvafiq idarə və müəssisələrə göndərilib.

Balakən RİH-dən APA-ya bildirilib ki, rayonda işsizliyin aradan qaldırılması istiqamətində başqa tədbirlərin də görülməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR