Bank Of Baku

Gürcüstanın təhsil naziri Azərbaycana gələcək

Gürcüstanın təhsil naziri Azərbaycana gələcək
# 07 oktyabr 2010 10:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Gürcüstanın təhsil naziri Dmitri Şaşkinin Azərbaycana səfəri gözlənilir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, səfər zamanı Gürcüstan və Azərbaycanın təhsili sahəsində mövcud olan bütün problemləri müzakirə ediləcək.
Nazir Gürcüstandakı orta məktəblərdə azərbaycanlı müəllimlərin ixtisar edilməsi məsələsinə də aydınlıq gətirib: “Bu yaxınlarda Gürcüstanda səfərdə idim. Səfər zamanı Tiflisdə tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə oldum. Dmanisi, Marneuli rayonlarındakı məktəblərlə də tanış olmuşam. Gürcüstanın təhsil naziri mənə məlumat verdi ki, onlar 1 il ərzində 14 min orta məktəb müəllimini ixtisar ediblər. Şübhəsiz, onların arasında azərbaycanlı müəllimlər də var. Amma bu gün Gürcüstan müstəqil dövlətdir, biz onların daxili işlərinə qarışa bilmərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR