Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanda işsizlik səviyyəsi 6% olacaq

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanda işsizlik səviyyəsi 6% olacaq
# 07 oktyabr 2010 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekununda Azərbaycanda işsizlik səviyyəsinin 6% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş «World Economic Outlook» hesabatında bildirilir.

Hesabata əsasən, 2011-ci ildə də Azərbaycanda işsizlik səviyyəsinin 6% təşkil edəcəyi gözlərilir. Maraqlısı odur ki, BVF-nin hesablamalarına görə, 2009-cu ildə də Azərbaycanda işsizlik səviyyəsi 6% olub.

Azərbaycan Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2009-cu ildə ölkədə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 41,1 min nəfər olub ki, bu da ölkədə iqtisadi fəal əhalinin 0,9%-ni təşkil edir. Bu ilin sentyabr ayının 1-i vəziyyətinə Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,5 min nəfər olub. Bu da ölkədəki iqtisadi fəal əhalinin 0,9%-i deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR