Bank Of Baku

İstanbul Kültür Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub

İstanbul Kültür Universitetinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub
# 07 oktyabr 2010 15:14 (UTC +04:00)
Bakı-APA. Türkiyənin tanınmış İstanbul Kültür Universitetinin nümayəndə heyəti əməkdaşlıq proqramı çərçivəsində Bakı Slavyan Universitetində (BSU) olub. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində Kültür Universitetinin rektoru, professor Dursun Koçer və Fənn-ədəbiyyat fakültəsinin dekan müavini, professor Ömür Ceylan təmsil olunur.
Sözügedən universitetlə BSU arasında 2007-ci il noyabrın 5-də qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi-metodik vəsaitlərin hazırlanması barədə razılaşma əldə edilib. Qonaqların budəfəki gəlişlərinin əsas məqsədi mövcud əməkdaşlıq müqaviləsinin vaxtını uzatmaq və BSU ilə birgə əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə etmək olub. BSUN-nun rektoru, professor Kamal Abdullayevlə görüşən rektor Dursun Koçer onları qəbul etdiyinə görə rektora təşəkkür edib. K. Abdullayev bu görüşlərin gələcək əməkdaşlıqlar üçün yeni səhifələr açacağını vurğulayıb.
Tərəflər arasında “Kitabi-Dədə Qorqud” boyları üzərinə yeni çalışmalar haqqında ətraflı müzakirə aparılıb. Hər iki universitet tələbələrinin “Kitabi-Dədə Qorqud” boylarına həsr edilmiş qısametrajlı filmlər çəkməyi barədə razılığa gəlinib.
Sonda universitetlər arasında mövcud olan qarşılıqlı müqavilənin müddəti uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR