Bank Of Baku

Bakıda keçiriləcək əmək yarmarkasında yeniliklər olacaq

Bakıda keçiriləcək əmək yarmarkasında yeniliklər olacaq
# 08 oktyabr 2010 10:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi indiyədək ölkədə 53 əmək yarmarkası keçirib. APA-nın məlumatına görə, nazirliyin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib ki, bu yarmarkalarda 5 minə yaxın vətəndaş işlə təmin edilib. O, ilin sonuna kimi Bakı və Gəncə şəhərlərində də əmək yarmarkaları keçiriləcəyini söyləyib.

A. Bədəlbəyli deyib ki, əmək yarmarkalarında bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur. Bu yenilik ilkin olaraq Bakıda bu ilin sonundan keçiriləcək əmək yarmarkasında tətbiq ediləcək. Həmin yarmarkada vətəndaşlara nəinki vakant yerlər haqqında, həm də əmək bazarındakı mövcud vəziyyət, əmək bazarındakı şirkətlər barədə geniş məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR