Bank Of Baku

Gələn ildən ali məktəb məzunları və hərbi xidməti başa vuran gənclərin işlə təmin olunması asanlaşa bilər

Gələn ildən ali məktəb məzunları və hərbi xidməti başa vuran gənclərin işlə təmin olunması asanlaşa bilər
# 08 oktyabr 2010 11:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ali məktəbi bitirən məzunların və hərbi xidməti başa vuran gənclərin işlə təmin olunmasını asanlaşdırmaq məqsədilə gələn ildən yeni layihə başlamağı planlaşdırır.

APA-nın məlumatına görə, nazirliyin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib ki, 2010-2011-ci illərdə bu tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə Beynəlxalq Əmək Təşkilatı ilə memorandum imzalanıb: “Artıq bu işə Dünya Bankı da qatılıb. Biz artıq bir üçlük kimi həmin tədbirləri həyata keçirmək üçün lazımi işlər görürük. Hazırda hüquqi baza və qaydalar hazırlanır”.

A.Bədəlbəyli deyib ki, bu il ərzində “Karyerada ilk addım” devizi altında ali məktəb tələbələri və məzunları üçün Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq İnşaat Universiteti, Qafqaz Universiteti, Azərbaycan Turizm İnstitutunda əmək yarmarkaları keçirilib. İlin sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında da belə bir tədbirin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR