Bank Of Baku

ABŞ səfirliyi: ABŞ-da təhsil almaq məqsədilə təhsil vizası almaq üçün müraciət edən azərbaycanlıların sayı son iki ildə 14% artıb

ABŞ səfirliyi: ABŞ-da təhsil almaq məqsədilə təhsil vizası almaq üçün müraciət edən azərbaycanlıların sayı son iki ildə 14% artıb
# 08 oktyabr 2010 14:19 (UTC +04:00)
Bu barədə APA-ya ABŞ Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yarmarkada Amerikanın tanınmış ali məktəblərinin, o cümlədən, Cənubi Karolina Universiteti, Talsa Universiteti, The New York Plattsburg Dövlət Universiteti, Linn Universiteti, Hult İnterneşinal Biznes Məktəbi, Bergen Communiti Kolleci və Azərbaycanda yerləşən beynəlxalq təşkilatların nümayəndələri (o cümlədən, Bakı Təhsil İnformasiya Mərkəzi, American Councils (Amerika Şurası) və İREX) iştirak edəcəklər.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri Terri Devidson son bir neçə il ərzində ABŞ-da təhsil alan gənc azərbaycanlıların sayının artmasını Amerikadakı təhsilin vacibliyinin göstəricisi adlandırıb: “Azərbaycanlı gənclər ən yaxşı təhsil imkanlarını axtarırlar, ABŞ isə dünyanın ən yüksək standartlarına malik olan ali təhsil təklif edir. ABŞ-da təhsil almaq məqsədilə təhsil vizası almaq üçün müraciət edən gənc azərbaycanlıların sayı son iki il ərzində 14% artıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR