Bank Of Baku

İlk dəfə səs verəcək gənclər üçün seminarlar keçirilir

İlk dəfə səs verəcək gənclər üçün seminarlar keçirilir
# 09 oktyabr 2010 13:00 (UTC +04:00)
Bakı – APA. Noyabrın 7-də keçiriləcək parlament seçkiləri zamanı on minlərlə Azərbaycan gənci ilk dəfə səs verəcək. Gənclər və İdman Nazirliyindən APA-ya verilən xəbərə görə, ilk dəfə səs verəcək gənclər üçün nazirliyin xətti ilə sentyabrın 27-dən başlayaraq 60-a yaxın rayon və şəhərlərdə məlumat xarakterli seminarlar keçirilir. Bu həftə Nizami (Bakı), Sabunçu, Xəzər, Yasamal, Tərtər, Tovuz, Mingəçevir, Yevlax, Samux, Beyləqan, Saatlı, Lerik, Qazax, Şabran, Xaçmaz, Hacıqabul və Sabirabad rayonlarında keçirilmiş seminarlarda gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin bir sıra məsul əməkdaşları, dairə seçki komissiyalarının nümayəndələri, ictimai fəal gənclər və ziyalılar iştirak edib.

Seminarlar zamanı ilk dəfə səs verəcək gənclərə Milli Məclisə seçkilərin tarixi, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları, seçki günü səsvermə proseduru haqqında məlumatlar çatdırılıb. Seminarların sonunda Gənclər və İdman Nazirliyinin nəşr etdiyi “Milli Məclis – Qanunverici Orqan” yaddaş kitabçası gənclərə paylanıb. Bundan başqa, polis şöbələrinin əməkdaşlarının iştirakı ilə bir qrup gəncə şəxsiyyət vəsiqəsi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR