Bank Of Baku

Koreya Xarici Dillər Universitetində Azərbaycan Mədəniyyət Dərnəyi yaradılıb

Koreya Xarici Dillər Universitetində Azərbaycan Mədəniyyət Dərnəyi yaradılıb
# 11 oktyabr 2010 07:04 (UTC +04:00)
Bakı-APA. Koreya Xarici Dillər Universitetinin (KXDU) Türk-Azərbaycan Dilləri Fakültəsində “BUTA Azərbaycan Mədəniyyət Dərnəyi” fəaliyyətə başlayıb. Dərnəkdən APA-ya verilən məlumata görə, qurumda BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova koreyalı tələbələrə Azərbaycanın milli rəqslərini öyrədəcək. BUTA AKTT, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə aşılayacaq. Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə “danışıq dərsləri”nin təşkil olunması da nəzərdə tutulub.

Azərbaycanın Koreyadakı səfirliyi, “BUTA Azərbaycan Mədəniyyət Dərnəyinə” dəstək olaraq Azərbaycan haqqında məlumat xarakterli materiallar verib, rəqs dərslərində istifadə olunması üçün milli paltarlarla təmin edib.

Qeyd olunub ki, 2008-ci ilin sonunda KXDU-da rəsmi olaraq Türk-Azərbaycan dilləri fakültəsinin yaradılması haqqında qərar qəbul edilib. Fakültənin fəaliyyətə başlaması üçün hazırlıq işləri uğurla başa çatdıqdan sonra 2009-cu ilin yaz semestrindən etibarən Azərbaycan dili kurslarının tədrisi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR