Bank Of Baku

Rusiyalı mütəxəssislər azərbaycanlı həkim müdavimlər üçün kurslara başlayır

Rusiyalı mütəxəssislər azərbaycanlı həkim müdavimlər üçün kurslara başlayır
# 11 oktyabr 2010 07:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən, Rusiyanın 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə bu gündən başlayaraq azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək kurslar şüa diaqnostikası məsələlərinə həsr olunub. Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavimin cəlb ediləcəyi kurslar 1 saylı Respublika Klinik Xəstəxanasında həyata keçiriləcək. Kurslar oktyabrın 29-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR