Bank Of Baku

İçərişəhərdə YUNESKO-nun dəstəyi ilə beynəlxalq seminar keçiriləcək

İçərişəhərdə YUNESKO-nun dəstəyi ilə beynəlxalq seminar keçiriləcək
# 11 oktyabr 2010 08:00 (UTC +04:00)
Bakı-APA. 17 - 21 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi YUNESKO-nun təşkilati dəstəyi ilə Bakıda “İçəri Şəhər irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, seminarın keçirilməsində əsas məqsəd YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq üçün “Tarixi Şəhər Landşaftı” konsepsiyasının hazırlanması və bu yanaşmanın İçəri Şəhərə tətbiq edilməsi üçün ekspertlər arasında müzakirələrin keçirilməsidir.
Qeyd olunub ki, seminarda iştirak etmək üçün YUNESKO-nun Dünya İrsi Mərkəzinin əməkdaşları və müvafiq sahələr üzrə ixtisaslaşan ABŞ, Finlandiya, Niderland ,İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər Bakıya səfər edəcəklər. Seminarda İçərişəhərin konservasiyası üzrə Baş (Master) Planın müəlliflərinin, həmçinin bir neçə yerli memarın da iştirakı gözlənilir.
Seminarın nəticəsi olaraq İçərişəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə YUNESKO tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə Şəhər İnkişaf Strategiyası hazırlanacaq.
Qeyd olunan seminar İçərişəhərin qorunması, təbliği və inkişafına yönəlmiş tədbirlər sırasına daxildir. 2010-cu il ərzində İçərişəhərdə yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə xarici ekspertlərin iştirakı ilə üç seminar təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR