Bank Of Baku

Qubadakı kütləvi məzarlıqdakı sonuncu quyuda baş verən sürüşmənin qarşısı qismən alınıb

Qubadakı kütləvi məzarlıqdakı sonuncu quyuda baş verən sürüşmənin qarşısı qismən alınıb
# 11 oktyabr 2010 09:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığındakı sonuncu quyuda baş verən sürüşmənin qarşısı qismən alınıb”. Bu barədə APA-ya Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, quyunun iki yerində çat əmələ gəlib. Quba rayon İcra Hakimiyyətinin yardımı ilə həmin çatların dərinləşməsinin qarşısı alınıb: “Ancaq bu, müvəqqətidir. Dövlət səviyyəsində təcili tədbirlər görülməsə, quyu uçacaq”.

Bu məzarlığın Azərbaycan tarixi üçün çox əhəmiyyətli olduğunu qeyd edən Q. Ağayev deyib ki, bu quyunun uçmasına şərait yaratmaq ermənilərin Azərbaycanın aşkarladığı bu faktla bağlı beynəlxalq aləmdə yaydığı yanlış fikirləri təsdiqləmiş olacaq: “Ermənilər deyirlər ki, bu sümüklər azərbaycanlıların deyil, ermənilərindir. Onlar beynəlxalq aləmə bildirirlər ki, azərbaycanlılar onları kütləvi şəkildə öldürüblər, daha sonra isə bunu ört-basdır etmək üçün bu məzarlıqda basdırıblar. Məzarlıqdakı sonuncu quyu uçarsa, ermənilər beynəlxalq ictimaiyyətə deyəcəklər ki, Azərbaycan bu quyunu ermənilərin sümüklərinin izini itirmək üçün qəsdən uçurtdu. Buna görə də bu quyu və onun Azərbaycan tarixinə verə biləcəyi faktlar qorunmalı, ermənilərin söylədiyi bu fikirlərin yanlış olduğu sübuta yetirilməlidir”.

Qeyd edək ki, məzarlıqdakı ilk quyu da baxımsızlıq üzündən 2007-2008-ci ildə uçub. Hazırda məzarlıqdakı sonuncu quyuda da çatlar əmələ gəlib, onun içindəki sümüklərdə də parçalanma prosesi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR