Bank Of Baku

Bakıda MDB humanitar universitetlərinin rektor və dekanlarının forumu keçiriləcək

Bakıda MDB humanitar universitetlərinin rektor və dekanlarının forumu keçiriləcək
# 11 oktyabr 2010 12:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Oktyabrın 12-14-də Bakı Dövlət Universitetində MDB humanitar universitetlərinin rektor və humanitar fakültə dekanlarının forumu keçiriləcək. Bakı Dövlət Universitetindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də forumun Koordinasiya Şurasının iclası keçiriləcək, iştirakçılar Azərbaycanın ali məktəbləri ilə tanış olacaqlar. Oktyabrın 13-də tədbir çərçivəsində humanitar təhsil məsələləri ilə bağlı MDB universitetlərinin əməkdaşlığı müzakirə ediləcək, məruzələr dinləniləcək. Həmin gün təhsil naziri Misir Mərdanov, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR