Bank Of Baku

Şəkidə eramızdan əvvəl XVI-XVIII əsrə aid olan kurqanlardakı ekspedisiyanın ilkin nəticələri açıqlanıb

Şəkidə eramızdan əvvəl XVI-XVIII əsrə aid olan kurqanlardakı ekspedisiyanın ilkin nəticələri açıqlanıb
# 11 oktyabr 2010 14:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki-Qax-Oğuz ekspedisiyası Şəkinin Kiçik Dəhnə kəndinə aid olan Hacınohur, Ceyrançöl düzü ərazisində, Ağdərə Kurqanlar Qrupunda xilasetmə işləri aparır. Ekspedisiya rəhbəri Nəsib Muxtarovun APA-ya verdiyi məlumata görə, ərazinin şumlanması nəticəsində bu ərazidə 2006-cı ildə tapılan e.ə. XVI-XVIII əsrlərə aid 50-dək kurqandan yalnız 3-ü salamat qalıb. Hazırda xilasetmə işlər həmin kurqanlarda aparılır. Hazırda ekspedisiya tərəfindən 3-cü kurqan qazılır. N. Muxtarov 2 kurqandan indiyədək çox maraqlı nəticələr əldə etdiklərini söyləyib: “Birinci kurqanda maraqlı nəticə odur ki, orta tunc dövrünün sonlarına aid bu kurqanda cəsədin özü aşkarlanmayıb. Bu da onu göstərir ki, həmin dövrlərdə də döyüşlərdə, ticarət əlaqələri və s. səbəblərdən dünyasını dəyişənlər üçün rəmzi qəbirlər qazılırdı. Eyni zamandan, buradan tapılan qablar Azərbaycan arxeologiyasının bəzi məqamlarına işıq salır. Qəbirdən çıxan qabların hamısı kiçik ölçülü olmaqla bərabər, qırmızımtıl və boz rəngdədir. Qabların forması və tutumu onu göstərir ki, həmin dövrdə bu ərazidə maldarlıq çox yüksək inkişaf edib. Həmin kurqan başqa məqamlara da işıq salır. Məlum olur ki, həmin dövrdə Hacınohurda, Ceyrançöldə xırdabuynuzlu maldarlıq daha çox inkişaf edib. Ən böyük maraqlı nəticə odur ki, bu kurqanda təsərrüfatın yüksək inkişaf etməsinə baxmayaraq, nə heyvan, nə insana rast gəlinməyib”.

N. Muxtarov deyib ki, ikinci kurqanda aparılan qazıntı zamanı yerüstü konstruksiya ilə bağlı maraqlı nəticələr əldə edilib: “İndiyədək Ceyrançöl, Sarcaminbərək, Hacınohur, Ağdərə kurqanlar qrupunda belə konstruksiyaya təsadüf olunmayıb. Bu qəbirlərin həm üstü, həm də plomberxi qum daşı materialındandır. Bu, qeyd olunan ərazidə ilk dəfədir ki, aşkar edilib. Bu kurqanın dəfn çalasını hələ açmamışıq. Ona görə də hələlik oradakı arxeoloji nümunələr barədə fikir söyləmək mümkün deyil. Amma kurqanın yerüstü konstruksiyası göstəririk ki orta tunc dövründə yüzlərlə kurqan və kurqan tipli, yəni üstü daşla örtülü qəbirlər olub. Bu isə Azərbaycan və region arxeologiyası üçün maraqlı nəticələrə gətirib çıxara bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR