Bank Of Baku

Sumqayıtda əhalinin 65%-i su sayğacı ilə təmin edilib

Sumqayıtda əhalinin 65%-i su sayğacı ilə təmin edilib
# 12 oktyabr 2010 08:19 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində güzəştsiz əhalinin 65,4%-i su sayğacı ilə təmin edilib.

Bu barədə “APA-Economics”ə “Azərsu” SC Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib.

2010-cu ilin sentyabr ayında şəhərin güzəştsiz əhalisinə 414,4 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 262,2 min manat dəyərində ödəniş olub ki, bu da 63,3 faiz təşkil edir. Ödənişdə iştirak etmiş abonentlərin sayı isə 41150 nəfərdir.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68450 nəfər abonent vardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR