Bank Of Baku

Dövlət Səs Yazıları Arxivindəki materiallar rəqəmsallaşdırılır

Dövlət Səs Yazıları Arxivindəki materiallar rəqəmsallaşdırılır
# 12 oktyabr 2010 08:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Səs Yazıları Arxivi materialların tamamilə yeni səs daşıyıcılarına - rəqəmsal formata keçirməyə başlayıb. Arxivin direktoru Yaqub Mədətov APA-ya bildirib ki, artıq arxiv sənədlərinin 35 faizi tam bərpa edilərək rəqəmsallaşdırılıb. Bunlar 1902-1940-cı illərdə yazılmış səs yazılarıdır. Yaxın gələcəkdə bütöv elektron arxiv yaratmaq nəzərdə tutulur.

Y. Mədətov bildirib ki, 1968-ci ildə yaradılan Azərbaycan Dövlət Səs Yazıları Arxivi fondlarından 60 minə yaxın səs və 4 mindən artıq video yazıları mühafizə edilir. Bu arxiv Milli Arxiv İdarəsinin maliyyə dəstəyi ilə müasir avadanlıqlarla təchiz edilib, demək olar ki, tam kompüterləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR