Bank Of Baku

Dövlət büdcə xərcləmələrinin sosial sahəyə təsiri ilə bağlı layihəyə yekun vurulub

Dövlət büdcə xərcləmələrinin sosial sahəyə təsiri ilə bağlı layihəyə yekun vurulub
# 12 oktyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Milli Büdcə Qrupunun təşkilatçılığı ilə həyata keçirilən «Dövlət büdcə xərcləmələrinin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi Layihəsi»nin başa çatması ilə bağlı yekun konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə layihənin eksperti Qalib Toğrul bildirib ki, layihə çərçivəsində qlobal maliyyə böhranının Azərbaycanın əmək bazarına, ünvanlı sosial yardım proqramlarının səmərəliliyinə, pensiya sisteminə və digər sahələrə sosial təsirlərinin qiymətləndirilməsi istiqamətində araşdırmalar aparılaraq tədqiqat hesabatları hazırlanıb.

Hesabatda Azərbaycan böhran dövründə hökumətin apardığı sosial-iqtisadi siyasət təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib, habelə yeni modellər və ekonometrik üsullarla bu siyasətin gücləndirilməsi üzrə təkliflər hazırlanıb.

Konfrans zamanı Q.Toğrul müxtəlif istiqamətlər üzrə aparılmış tədqiqatlardan əldə edilmiş nəticə və tapıntılar, irəli sürülmüş tövsiyələrlə bağlı geniş təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR