Bank Of Baku

Norveçin Azərbaycandakı səfiri ADU-da olub

Norveçin Azərbaycandakı səfiri ADU-da olub
# 12 oktyabr 2010 11:13 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Erlinq Şönsberqi qəbul edib. Bu barədə APA-ya ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Zeynab Kazımova məlumat verib.
S. Seyidov ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğundan söz açıb: “Bizim əlaqələrimiz uğurla həyata keçirilir və bu, digər layihələr baxımından da başqa universitetlərlə əlaqələrimizə bir nümunədir”.
Erlinq Şönsberq bu layihənin inkişafından məmnun olduğunu dilə gətirib. O, tələbə mübadiləsinin mədəniyyətin inkişafına, həmçinin təhsil sahəsindəki əməkdaşlığa geniş rəvac verdiyini vurğulayıb. Oslo universiteti ilə ADU arasında ikitərəfli əlaqələrin genişlənməsindən məmnunluğunu dilə gətirərək bu layihənin davamını dəstəklədiyini söyləyib.
Sonra səfir ADU-dakı Skandinaviya mərkəzində olub və Norveç dili öyrənən tələbələrlə görüşüb. Daha sonra o, ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR