Bank Of Baku

Nazir: “Məktəblərin mühafizəsi ilə bağlı çox ciddi addımlar atmağı düşünürük”

Nazir: “Məktəblərin mühafizəsi ilə bağlı çox ciddi addımlar atmağı düşünürük”
# 12 oktyabr 2010 12:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir Təhsil Nazirliyi tərəfindən orta məktəb müəllimləri arasında ixtisarların aparılması barədə heç bir rəsmi göstərişinin verilmədiyini də söyləyib. O bildirib ki, əgər məktəblərdə şagirdlərin və qrupların sayı azalırsa, istər-istəməz bəzi müəllimlər ixtisara düşməli olur. Hansı müəllimin ixtisar edilməsini isə kollektiv özü müəyyənləşdirir.

M. Mərdanov şagirdlərin repititor yanına getməsinin əleyhinə olmadığını da deyib. Amma o, əlavə edib ki, bu, dərs saatının hesabına olmalı deyil. Nazir onu da qeyd edib ki, repititorluğun ümumi işə xeyri varsa, bu, ola bilər. Nazir, repititorluğu bir əmrlə yığışdırmağın mümkün olmadığı da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR