Bakıda MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının forumu başlayıb - FOTOSESSİYA

Bakıda MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının forumu başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 12 oktyabr 2010 13:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Dövlət Universitetində MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının forumu başlayıb. APA-nın məlumatına görə, forumda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, tədbirdə səkkiz ölkədən 30-a yaxın nümayəndə iştirak edir.

Forumun keçirilməsində məqsəd postsovet məkanında humanitar təhsillə bağlı ümumi konsepsiya müəyyənləşdirməkdir. Bu gün forumun Koordinasiya Şurasının iclası olacaq. Sabah isə müxtəlif məruzələr dinləniləcək.

M. Mərdanov əlavə edib ki, artıq qonaqlar Bakıda səkkiz ali məktəblə tanış olublar. Bu gün onların orta məktəblərə də səfərinin təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR