Bank Of Baku

ATƏT-in Bakı ofisi Lənkəranda insan alveri ilə əlaqədar seminar keçirir

ATƏT-in Bakı ofisi Lənkəranda insan alveri ilə əlaqədar seminar keçirir
# 12 oktyabr 2010 14:07 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Lənkəran şəhərində insan alveri və məcburi əməklə bağlı iki günlük seminar başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, bölgənin hüquq-mühafizə orqanlarının əməkdaşlarının, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və digər müvafiq qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə “İnsan alveri və məcburi əmək”, “Cəmiyyət dəstəkli polis insan alverinin qarşısını alma vasitəsi kimi”, “İnsan qaçaqmalçılığı”, “Qeyri-qanuni miqrasiya” və s. mövzularda çıxışlar dinlənilib. Bildirilib ki, əvvəllər daha çox qadınların cinsi istismara məruz qalması faktları müşahidə edilirdisə, indi insan alverinin digər növlərinə, o cümlədən aldatma, məcbur etmə, zor tətbiq etmə, insan orqanlarının satın alınması, uşaqların dilənçiliyə vadar olunması kimi hallara da rast gəlinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR