Bank Of Baku

Ermənistan və Gürcüstandan axıdılan tullantılar və çirkab suları nəticəsində Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub

Ermənistan və Gürcüstandan axıdılan tullantılar və çirkab suları nəticəsində Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub
# 13 oktyabr 2010 07:24 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının I ongünlüyü üçün növbəti monitorinq keçirib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 63 m3/san artaraq 180 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 2 dəfə YVQH-ni ötüb.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 8,23 m3/san olub. Belə ki, Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində isə fenol və mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,80-6,71 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR