Bank Of Baku

Azərbaycan Almaniyanın pensiya sahəsində təcrübəsini öyrənir - FOTOSESSİYA

Azərbaycan Almaniyanın pensiya sahəsində təcrübəsini öyrənir - <font color=red>FOTOSESSİYA</font>
# 13 oktyabr 2010 12:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan pensiya islahatları sahəsində Almaniya təcrübəsindən yararlanmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Almaniya Pensiya Sığortası İdarəsinin nümaynədə heyəti ilə görüşündə bildirib. DSMF sədri qeyd edib ki, indi Azərbaycanda qurulan 3 pilləli pensiya təminatı sistemi Almaniyada fəaliyyət göstərən pensiya sisteminə uyğundur.

Qeyd edək ki, Almaniya pensiya sistemi dünyanın ən sabit pensiya qurumlarından sayılır və dünya maliyyə böhranının təsirlərinə başqalarından ən az məruz qalıb. Bunu təsdiqləyən alman nümayəndə heyətinin rəhbəri Almaniya Pensiya Sığortası İdarəsi Uzunmüddətli və qısamüddətli perspektivlər Departmanentinin direktoru Haynrix Cess ölkəsinin pensiya sistemi ilə bağlı bundan sonra 20 il üçün planının da hazır olduğunu bildirib. Bununla yanaşı, Almaniya Pensiya Sığortası İdarəsinin rəhbəri qeyd edib ki, ölkənin pensiya sistemində maliyyə böhranından ən çox zərər çəkən hissə öz vəsaitlərinin 40%-ni itirən özəl pensiya fondları olub.

Görüşdə toxunulan məsələlərdən biri də Almaniyada işləyən əmək miqrantlarının pensiya təminatına aid olub. Qeyd edək ki, Almaniya qanunvericiliyinə görə, pensiya təminatı əldə etmək üçün bu ölkədə 5 illik əmək stajı tələb olunur. DSMF sədri Səlim Müslümov bildirib ki, bəzi hallarda miqrantlar bu müddət başa çatmadan ölkədən çıxarılır, bu da onların Almaniyada işlədiklərinə görə pensiya almasına mane olur. Qonaq isə belə hallarda miqrantlara birdəfəki ödənişin verildiyini qeyd edib. Bu gün Almaniya nümayəndə heyəti DSMF-nin əməkdaşları üçün «Pensiyaların orta və uzunmüddətli maliyyələşməsi» mövzusunda xüsusi təqdimat da keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR