Bank Of Baku

Göygöl və Samux rayonlarında ev quşlarından qan analizləri götürülüb

Göygöl və Samux rayonlarında ev quşlarından qan analizləri götürülüb
# 30 noyabr 2010 13:03 (UTC +04:00)
Samux. Ayxan Hüseynov - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birgə ölkə ərazisində “quş qripi” ilə mübarizə istiqamətində növbəti monitorinqlərə başlayıb. Monitorinq zamanı Samux rayonunun Kür qırağı yaşayış yerlərində və fərdi təsərrüfatlarda ev quşlarından qan analizləri götürülür. Samux rayon Baytarlıq İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, səhər saatlarında aparılan ilkin monitorinq zamanı təxminən 20-dək ev quşundan qan analizi götürülərək Dövlət Baytarlıq Xidmətinə göndərilib.

Qeyd edək ki, Samux rayonunun Kür qırağı yaşayış yerlərində ev quşları çöl quşları ilə daha sıx təmasda olur. Adıçəkilən monitorinq Göygöl rayonunda da keçirilib. Gün ərzində 130 baş ev quşundan qan analizi götürülərək Dövlət Baytarlıq Xidmətində göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR