Bank Of Baku

Tovuzda göz xəstəliklərindən əziyyət çəkən vətəndaşlar pulsuz müayinə olunublar

Tovuzda göz xəstəliklərindən əziyyət çəkən vətəndaşlar pulsuz müayinə olunublar
# 30 noyabr 2010 13:05 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası Tovuz rayonunda göz xəstəliklərindən əziyyət çəkən vətəndaşları müayinə edib. Tovuz rayon Səhiyyə Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, həkimlər görmə patologiyası, gözdə travma və plastik cərrahiyyə, tor qişa və görmə sinirinin patologiyaları kimi xəstəliklərdən əziyyət çəkən 50-dən çox vətəndaşı müayinə və müalicə ediblər. Təxminən eyni sayda xəstə isə əməliyyat olunmaq üçün paytaxta göndərilib. Qeyd edək ki, aksiya sözü gedən aksiya əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR