Bank Of Baku

Azərbaycanda səfərdə olan Türkiyənin dövlət orqanının rəhbər işçilərdən ibarət nümayəndə heyəti görüşlər keçirir - FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin dövlət orqanının rəhbər işçilərdən ibarət nümayəndə heyəti görüşlər keçirir - <font color=red>FOTO</font>
# 30 noyabr 2010 13:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Türkiyənin 9 dövlət orqanı – Təhsil, Səhiyyə, Rabitə, Energetika və Təbii Sərvətlər nazirlikləri, Dövlət Kadrlar İdarəsi, Xarici Ticarət Komitəsi, Türkiyə və Yaxın Şərq Dövlət İdarəsi İnstitutu, Gömrük Komitəsi və Şəhərsalma İdarəsinin rəhbər işçilərdən ibarət 15 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Rauf Məcidbəyli bildirib ki, noyabrın 28-dən başlayan bu səfər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu” çərçivəsində hazırlanmış və 21 dekabr 2009-cu il tarixdə Bakıda imzalanan “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı” çərçivəsində reallaşıb. Səfər dekabrın 4-dək davam edəcək. Səfər zamanı qonaqlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovla görüşərək bu səfərin qarşılıqlı əlaqələrin genişlənməsinə xidmət edəcəyini deyiblər.

Səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyi “Azərbaycanın iqtisadi siyasəti”nə dair təqdimat keçirib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Fəxri Həsənov isə nümayəndə heyətinə Azərbaycanın 1989-cu ildən sonrakı durumu barədə geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR