Bank Of Baku

Qusarçay üzərində tikilən yeni körpünün açılışı olub

Qusarçay üzərində tikilən yeni körpünün açılışı olub
# 30 noyabr 2010 13:24 (UTC +04:00)
Qusar. Könül Abdullayeva – APA. Qusar-Əniğ-Ləzə avtomobil yolunda, Qusarçay üzərində tikilən yeni körpünün açılış mərasimi keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, mərasimdə nəqliyyat naziri Ziya Məmmədov iştirak edib. Vaxtilə inşa edilmiş və istismara yararsız köhnə körpünün yerində, uzunluğu 78 metr, eni 11 metr olan yeni körpü tikilib. Körpünün tikintisinə bu ilin may ayında başlanıb.

Jurnalistlərin suallarını cavablandıran nəqliyyat naziri Ziya Məmmədov şimal bölgəsində həyata keçiriləcək layihələr haqqında məlumat verib. Nazirin sözlərinə görə, Şamaxı-Quba yolunun tikintisi ilə bağlı Koreyanın tikinti şirkətləri ilə danışıqlar aparılır. Bu layihə növbəti ildən reallaşacaq. Ziya Məmmədov, həmçinin Quba-Qusar yolunun yenidən tikiləcəyini bildirib. Onun sözlərinə görə, yeni yol Avropa standartlarına uyğun tikiləcək və bu layihə 2011-ci ildən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR