Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi «Lider AS» MMC-ni cərimələyib

Azərbaycan Səhiyyə Nazirliyi «Lider AS» MMC-ni cərimələyib
# 30 noyabr 2010 13:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bir sıra obyektlərdə sanitariya müayinəsi apararaq nöqsanlar aşkarlayıb. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Mərkəz Yasamal rayonu H.Cavid 56, Şərifzadə küçəsi, 100 ünvanda və Ə.Ələkbərov küçəsi 1054-cü məhəllədə yerləşən, «Lider-AS» MMC-yə məxsus marketlərdə aparılan sanitariya müayinəsi zamanı gigiyenik sertifikatı olmayan qablaşdırılmış meşə bildirçini, krab, «Boğaziçi» firmasının istehsalı olan paxlava, düşbərə və blinçik, əriştə, xəngəl yarımfabrikatları, «Vinni» nişanlı içməli su, Almaniyanın istehsalı olan meyvəli piroq və baton çörəklər, «Rəşad-R» firmasının istehsalı olan çovdar çörəyi, İtaliya istehsalı olan qablaşdırılmış əriştə, spagetti, «F.M. Fresh» nişanlı qaymaq, xama, kəsmik, şüşə bankalarda «Mikado» göbələk turşusu, marinada qoyulmuş şampinyon göbələyi, saxlanma müddəti normativ texniki sənədlərdə (AZS) yol verilən müddətdən süni şəkildə artırılmış «ADS» firmasının istehsalı olan xama, «M&P» firmasının istehsalı olan camış qatığı, «SAB» firmasının istehsalı olan Gəncə dovğası, «Sevimli dad» nişanlı ayran, «Borodinski» nişanlı çörək, «Bərdə» nişanlı qaymaqlı qatığı, «Bərdə qatığı», «İvanovka dovğası», «Uzun ömür» qatığı, «Pal süd» çiyələkli və bananlı süd, «Halal Qida» firmasının istehsalı olan «Şəhur yeməyi» sosiskası, «Hacı Turqay» firmasının istehsalı olan bişmiş kolbasa, «Şan süd» firmasının istehsalı olan meyvəli şirin kəsmiklər, «Nurgün Bəyaz» nişanlı yağsız kəsmik, «Bəyaz süd» nişanlı ayran və dovğa, üzərində istehsal tarixi qeyd edilməyən «Bella pan» nişanlı çörək,«Atra» firmasının istehsalı olan xama, eyni zamanda üzərində istehsalçı müəssisənin adı, ünvanı, əlaqə nömrəsi qeyd edilməyən 3 növ təndir çörəyi, «Dağlı» çörəyi, «Pita» nişanlı çörək, şaurma lavaşı, Gəncə lavaşı, düşbərə, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan «AZZA» MMC-yə məxsus biskvitli, kremli və karamelli tortlar, «CF Kristal» nişanlı istifadəyə yararsız “krakovskaya” kolbasası aşkarlayıb. Həmin məhsullar satışdan çıxarılıb.
Sanitariya sahəsində yol verilmiş nöqsanlarla əlaqədar «Lider AS» MMC inzibati qaydada cərimələnib. Satışdan çıxarılmış məhsulların zərərsizləşdirilməsi barədə Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə müvafiq göstəriş verilib.
Ərzaq məhsullarının yararlılıq müddəti ilə əlaqədar normativ texniki sənədlərin tələblərinin pozulmasının qarşısını almaq istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR