Bank Of Baku

BMT humanitar fəaliyyətini maliyyələşdirilməsi üçün rekord - 7.4 milyard dollar istəyib

BMT humanitar fəaliyyətini maliyyələşdirilməsi üçün  rekord - 7.4 milyard dollar istəyib
# 30 noyabr 2010 23:39 (UTC +04:00)
Bakı-APA. BMT 2011-ci ildə öz humanitar fəaliyyətinin maliyyələşdirilməsi üçün donor ölkələrdən $ 7,4 milyard dollar istəyib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu 1991-ci ildən BMT-nin müraciətində könülü ianələr üçün ən böyük məbləğdir.
BMT-nin Baş katibinin humanitar işlər üzrə müavini Valerie Amos Cenevrədə jurnalistlərə deyib ki, müraciətində göstərilən vəsait 28 ölkədə 50 milyon insana kömək etməyə imkan verəcək.
Vəsait əsasən Afrika, Asiya və Orta Şərqdə BMT-nin humanitar orqanları və tərəfdaş QHT-lərin 425 layihələr maliyyələşdiriləcək. Vəsait münaqişələr və təbii fəlakətlərə məruz qalmış əhalinin ərzaq, tibbi və digər humanitar yardım proqramları həyata keçirməyə imkan verəcək.
Ən çox vəsait Sudanda humanitar layihələri maliyəşdirmək üçün - 1,7 milyard dollar nəzərdə tutulub, Haitidə - 97 milyon dollar, Konqo Demokratik Respublikasında - 719 milyon dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR