Bank Of Baku

Azərbaycanda 2673 nəfər İİV infeksiyasının daşıyıcısıdır

Azərbaycanda 2673 nəfər İİV infeksiyasının daşıyıcısıdır
# 01 dekabr 2010 11:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə (İnsanın İmmun çatışmazlığı Virusu) 409 yeni yoluxma faktı aşkarlanıb. APA-nın məlumatına görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova 1 dekabr - Ümumdünya QİÇS Günü ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, virusa yoluxanların 398 nəfəri Azərbaycan, 11 nəfəri əcnəbi vətəndaşıdır. Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1988-ci ildən indiyədək 2673 nəfərin bu infeksiyaya yoluxduğu təsdiqlənib. Onlardan 2572 nəfəri Azərbaycan, 101 nəfəri əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2139-u kişi, 433-ü qadındır. Hazırda 620 nəfər xəstəliyin QİÇS mərhələsindədir.

İndiyədək ölkədə İİV infeksiyasından 339 nəfər dünyasını dəyişib. Onların 334 nəfəri Azərbaycan vətəndaşı olub. 2572 nəfər Azərbaycan vətəndaşının 1634-də yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. İndiyədək Azərbaycanda 32 uşaq İİV-ə anadan yoluxub. H. Qədirova uşaqlarda yoluxmaların hamiləlik zamanı qadınların göstərdiyi laqeydlik nəticəsində baş verdiyini söyləyib.

Mərkəz direktoru qeyd edib ki, hazırda İİV-infeksiya/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi kimi qalmaqdadır: “Lakin BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramının (UNAİDS) 23.11-2010-cu il tarixdə dərc etdiyi hesabatında ilk dəfə göstərilir ki, dünya miqyasında QİÇS epidemiyasının dayandırılmasına və İİV virusunun yayılmasının qarşısının alınmasına nail olunub. Azərbaycan da İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qrupa daxil olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb”.

H. Qədirov onu da əlavə edib ki, Hacıqabul, Şirvan və Sumqayıtda narkomaniya geniş vüsət aldığı üçün burada yoluxma halları daha çoxdur: “Bu siyahıya artıq Xızı da əlavə olunub. Sonra isə yayılma Yevlax və Gürcüstan istiqamətində davam edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR