Bank Of Baku

“Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət”in təqdimatı keçirilib

“Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət”in təqdimatı keçirilib
# 01 dekabr 2010 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Nigar Vəliyevanın müəllifi olduğu “Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət”in təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, hər biri 988 səhifədən ibarət lüğət II cildlidir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. N. Vəliyeva deyib ki, müasir ingilis, Azərbaycan və rus dillərində frazeoloji birləşmələrin müqayisəli araşdırılması bir neçə cəhətdən əhəmiyyətlidir. Bu araşdırma həm dillərin qanunauyğunluqlarını müəyyənləşdirməyə, onun semantik inkişafı haqqında düzgün təsəvvür əldə etməyə kömək edir. Bu kitabda ilk dəfə olaraq, ingilis, Azərbaycan və rus dillərində frazeoloji birləşmələr toplanılıb, sistemə salınıb, bir-birindən uzaq olan və müxtəlif sistemi dillərə məxsus olan belə leksikləşmiş vahidlər tipoloji-lingvistik cəhətdən təhlil edilir. Lüğət frazeoloji söz birləşmələri, ifadələri, atalar sözləri və məsələlər əsasında tərtib edilib. Vəsaitdə 90 mindən artıq frazeoloji vahid işlənib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmlər doktoru Nizami Cəfərov isə deyib ki, son illərdə müxtəlif sistemli dillərin frazeoloji leksikasının araşdırılmasına diqqət artıb. Amma iri həcmli ingilis, Azərbaycan və rus dillərində frazeoloji lüğət tərtib olunmayıb. Bu kitabda ilk dəfə olaraq ingilis, Azərbaycan və rus dillərində frazeoloji birləşmələr toplanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR