Bank Of Baku

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri: “Azərbaycanın kütləvi informasiya vasitələrində dövlət dilinin qanunauyğunluqları ilə bağlı xeyli səhvlər var”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri: “Azərbaycanın kütləvi informasiya vasitələrində dövlət dilinin qanunauyğunluqları ilə bağlı xeyli səhvlər var”
# 01 dekabr 2010 14:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, bir vaxtlar dilin inkişafında əsas üstünlük yazıçı, şair və elm adamlarına verilirdisə, indi daha çox publisistikaya önəm verilir: “Bu gün Azərbaycan dilinin zənginləşməsinin ən əsas obyekti publisistikadır. Nə yeniliklər baş verirsə, bu sahədə baş verir. Amma onların normallaşdırılması ilə bağlı ciddi çətinliklər var. Çünki qəzetlərimizdə korrektura sistemi yaxşı qurulmayıb. Bir vaxtlar çıxışlarımızı yazıb oxuyurduqsa, indi əksinədir. İndi mətbuata şifahi dil gəlir. Yəni bu gün jurnalist nə eşidirsə, onu da yazır, məlumatlar təbii axınla gəlir. Bunun üstünlüyü də var, amma bu, həm də dil normalarının pozulmasına gətirib çıxarır. Mənə elə gəlir ki, bu pozulmalar təhlükəli səviyyədə deyil. Çünki dildə elə şeylər var ki, onlar həqiqətən pozulmalıdır. Dil həmişə norma ilə anomaliyanın vəhdətidir. Bunların hər ikisini nizamlamaq lazımdır. Dil zənginləşməli, dilə şəxsi fikir gəlməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR