Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb
# 02 dekabr 2010 07:13 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib. Bu gün səhər saatlarından əhaliyə xəbərdarlıq edilmədən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarına təbii qazın verilməsi dayandırılıb.
Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada fakt təsdiqlənib. Buna səbəb kimi Yevlax-Balakən magistral qaz xətində yeni qaz kəmərinin istifadəyə verilməsi ilə əlaqədar aparılan təmir və bərpa işləri göstərilib.
Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları Yevlax-Balakən magistral qaz kəmərində təmir və bərpa işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılacağı və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.

Qeyd edək ki, son iki həftə ərzində üçüncü dəfədir ki, bölgəyə təbii qazın verilməsində fasilə yaranır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR