Bank Of Baku

Azərbaycanda əmək bazarında yeni yaranan, dəyişikliyə məruz qalan peşələr barədə “erkən xəbərdarlıq” olacaq

Azərbaycanda əmək bazarında yeni yaranan, dəyişikliyə məruz qalan peşələr barədə “erkən xəbərdarlıq” olacaq
# 02 dekabr 2010 10:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” layihəsi çərçivəsində “Milli məşğulluq təsnifatı və onun İSCO (Peşələrin Beynəlxalq Standart Təsnifatı) ilə əlaqələndirilməsinin faydaları” mövzusunda KİV nümayəndələri üçün seminar keçirilib. APA-nın məlumatına görə, layihənin monitorinq və qiymətləndirmə üzrə beynəlxalq eksperti Jov Jankulovski bildirib ki, məşğulluq təsnifatı ölkə iqtisadiyyatında mövcud olan peşələri təsnifatlaşdıran və təsvir edən standartdır. Bu baxımdan məşğulluq təsnifatı ölkə iqtisadiyyatında baş verən, əmək bazarında bilik və bacarıqların dəyişilməsi ilə nəticələnən cari texniki və iqtisadi dəyişiklikləri özündə əks etdirməlidir.
Jov Jankulovski deyib ki, əsas məqsədləri Azərbaycanda milli peşə təsnifatlarını hazırlamaq və onu İSCO ilə əlaqələndirməkdir. Bunun Azərbaycana bir çox faydalar verəcəyini deyən ekspertin sözlərinə görə, beynəlxalq meyləri və inkişafı nəzərə alan Milli Məşğulluq Təsnifatına malik ölkələrin daha sürətlə inkişaf etmək imkanı var. Bu təsnifat ölkədə əmək bazarı üçün baza rolunu oynamalı, beynəlxalq səviyyədə imkanları təmin etməlidir. Bu, həm də əmək bazarında yeni yaranan, dəyişikliyə məruz qalan iş və peşələr barədə “erkən xəbərdarlığı” təmin edəcək.

Ekspert onu da əlavə edib ki, Azərbaycanın əmək bazarında sistemli şəkildə görülən işlər var. O, kənd təsərrüfatı, enerjinin inkişafı və bölüşdürülməsi, tikinti sektorunda inkişaf meylərinin olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR