Bank Of Baku

Nailə Rzaquliyeva: “Adi texniki vasitələri işə sala bilməyən 70-75 yaşlı müəllimin həmin fənni tədris etməsi hansı nəticəni verəcək?”

Nailə Rzaquliyeva: “Adi texniki vasitələri işə sala bilməyən 70-75 yaşlı müəllimin həmin fənni tədris etməsi hansı nəticəni verəcək?”
# 02 dekabr 2010 13:22 (UTC +04:00)
O, BŞTİ-nin xüsusi kadr bankı olduğunu qeyd edib: “Məktəb rəhbərlərinin təyinatı məsələsi Təhsil Nazirliyi ilə razılaşdırılmış mexanizm əsasında həyata keçirilir. Müəllim kadrlarına isə - Gənclərin Çağırışaqədərki Hazırlığı və Fiziki tərbiyə fənnini tədris edən müəllimlər istisna olmaqla, ciddi ehtiyac yoxdur. Tez-tez gündəliyə gətirilən yaşlı müəllimlərin tutduğu vəzifədən kənarlaşdırılması üçün yaş senzi müəyyən edilməsə də, həmin məsələdə bəzi məqamlar ortaya çıxır. Məsələn, bir çox fənlərin elektron vasitələrlə tədrisini təşkil etmişik. Adi texniki vasitələri işə sala bilməyən 70-75 yaşlı müəllimin həmin fənni tədris etməsi hansı nəticəni verəcək?”.

N. Rzaquliyeva ötən illərlə müqayisədə 2010/2011-ci dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisinin artdığını, məzunların 44,83 faizinin tələbə adını qazandığını bildirib: “Keçən il bu rəqəm 41,99 faiz olub”.

N. Rzaquliyeva bu il ərzində 60 nəfər məktəb direktoru, 35 nəfər direktor müavini və 50 nəfər məktəbəqədər təhsil müəssisəsi müdirinin Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mərkəzi Mülki Müdafiə kurslarında təlim keçdiklərini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR